Qanunsuz ov edənlər cərimələndi

Qanunsuz ov edənlər cərimələndi
  15 Yanvar 2015    Oxunub:2258
“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanvarın 9-dan 14-dək növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəki rayonunun Biləcik kəndi ərazisində qanunsuz ovla məşğul olan Hacıalı Yusubov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində isə kənd sakinləri Mənsur Zurabov və Mayıl Qəribov qanunsuz ov etdikləri üçün saxlanılıblar, onlardan 2 ov tüfəngi, 10 patron götürülüb. Təqsirkar şəxslər barəsində akt və protokol tərtib olunaraq hər birinə 1000 manat məbləğində cərimə tətbiq edilib.

Yevlax rayonunun Piriuşağı kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ayaz Əliyevdən isə 1 ov tüfəngi, 10 patron götürülüb. Qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Bərdə rayonunun Qılınclı kəndi ərazisində qanunsuz ovla məşğul olan İsmayıllı rayonunun Qoşakənd kənd sakini Vidadi Əliyev və Bakı şəhər sakini Vüqar Əhmədov saxlanılıblar. Onlardan 3 ov tüfəngi, 30 patron götürülüb. Qanun pozucularının hər biri 2000 manat məbləğində cərimə edilib.

Reydlər davam etdirilir.


Teqlər:  





Xəbər lenti