Bakıya yağış, rayonlara qar yağır
Temperaturun gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Bu gün rayonlarda da havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Artıq bəzi bölgələrdə, xüsusən ölkənin şimal bölgəsində gecədən başlayaraq qar yağmağa başlayıb.
AzVision.az