Türkiyə parlamentində 20 Yanvar müzakirəsi

Türkiyə parlamentində 20 Yanvar müzakirəsi
  20 Yanvar 2015    Oxunub:4549
20 Yanvar faciəsinin 25-ci ildönümü Türkiyə Böyük Millət Məclisində də müzakirə edilib.
AzVision.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbulda seçilən deputatı Əli Özgündüz 20 yanvarı “Qara Yanvar” adlandırıb:

“Azərbaycan bu gün o şəhidlərin sayəsində Qafqazın parlayan ulduzu olaraq, yoluna davam edib. Azərbaycanın sevinci Türk millətinin sevinci, kədəri də Türk millətinin kədəridir”,-deyə Ə.Özgündüz qeyd edib.

CHP-li deputatdan sona Ədalət və İnkişaf Partiyasının (AK Parti) millət vəkili Adnan Yılmaz Azərbaycan xalqının faciəsindən bəhs edib. O, bildirib ki, 20 yanvar Türk tarixində acı və gözyaşı günü qeyd edilir. 20 Yanvarın Azərbaycanda müstəqillik atəşini yandırdığını dilə gətirən A.Yılmaz qeyd edib ki, bu illər ərzində Azərbaycan bölgənin inkişaf edən güclərindən biridir.


Teqlər:



Xəbər lenti