Azərbaycanlılar Dağıstandan çıxarıldı

Azərbaycanlılar Dağıstandan çıxarıldı
  21 Yanvar 2015    Oxunub:4271
Altı Azərbaycan vətəndaşı Rusiyanın Məhkəmə Pristavları Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin (MPFXİ) Rayonlararası xüsusi icraatların aparılması şöbəsi tərəfindən Rusiya ərazisindən çıxarılıb.
AzVision.az report-a istinadən xəbər verir ki, bu barədə xidmətin respublika idarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Məhkəmə pristavları ölkədə qalma rejimini pozduqlarına görə, altı Azərbaycan vətəndaşının məcburi qaydada deportasiya edilməsi üzrə icra hərəkətlərini təmin ediblər", - deyə məlumatda bildirilib.

Bu, MPFXİ əməkdaşları tərəfindən bu il Dağıstanda icra olunan ilk inzibati çıxarılma hadisəsidir.


Teqlər:



Xəbər lenti