Mübariz Qurbanlı “Yəhovanın Şahidləri” ilə görüşdü

Mübariz Qurbanlı “Yəhovanın Şahidləri” ilə görüşdü
  21 Yanvar 2015    Oxunub:1707
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yəhovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb.
Komitədən AzVision.az-a verilən məlumata görə, görüşdə "Yəhovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri Mark Hanson, Vasili Kalenlə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər.

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir. M.Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı təmin olunub:

“Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb”.


Teqlər:



Xəbər lenti