Müxalifətçinin təxribatı puç oldu

Müxalifətçinin təxribatı puç oldu
  21 Yanvar 2015    Oxunub:1873
Azərbaycan prezidenti İlham Əliyevlə Almaniya kansleri Angela Merkel təkbətək danışıqlardan sonra jurnalistlər üçün birgə birifinq keçiriblər.
Lakin brifinqin keçirildiyi zala reportyor kimi daxil olan bir neçə azərbaycanlı siyasi mühacir orada təxribat törətməyə çalışıblar. Bununla belə jurnalist roluna girən siyasi təxribatçıların bu cəhdləri əbəs olub. Onlara dövlət başçılarına sual ünvanlamaq imkanı verilməyib.

Almaniya tərəfinin onlara sual vermək imkanı yaratmayacağını başa düşən siyasi təxribatçı Həbib Müntəzir elə zaldaca şüarlar qışqırmağa başlayıb. Lakin onun bu cəhdinin də qarşısı vaxtında alınıb. Almaniya təhlükəsizlik xidmətinin əməkdaşları H.Müntəziri zaldan çıxarıblar. (Virtualaz.org)


Teqlər:



Xəbər lenti