Təcili: Hərbçilərimizin olduğu təlimdə təyyarə qəzası - Ölən var (VİDEO+FOTOLAR)

Təcili: Hərbçilərimizin olduğu təlimdə təyyarə qəzası - Ölən var (VİDEO+FOTOLAR)
  05 Mart 2015    Oxunub:6486
Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı `F-4` tipli hərbi təyyarə qəzaya uğrayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Bakı vaxtilə saat 11:50 radələrində Konya-Aksaray yolunun 22-ci kilometrliyində baş verib. Qəzanın səbəbləri məlum deyil.

Türkiyə Silahlı Qüvvətlərinin yaydığı məlumata görə, qəzaya uğrayan təyyarənin 2 pilotu şəhid olub. Onların kimlikləri isə hələlik bilinmir.

Hadisə baş verən əraziyə xilasedicilər cəlb olunub.

Xatırladaq ki, bu il fevralın 25-də Türkiyənin şərqindəki Malatya əyalətində iki “F-4” tipli döyüş təyyarəsi təlim uçuşları zamanı qəzaya uğramışdı və nəticədə 4 pilot həlak olmuşdu.









Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti