`Qorxudan şalvarlarını batırırlar…` Müdafiə Nazirinə məktub

`Qorxudan şalvarlarını batırırlar…` Müdafiə Nazirinə məktub
  14 Mart 2015    Oxunub:12227
Ermənistan Ordusunun işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən hərbi birləşmələrindəki vəziyyətin acınacaqlı olması artıq erməni mediasının da gündəmini zəbt edib. Sadə erməni vətəndaşları orduda baş verən qanunsuzluqlar və cinayət faktlarından təngə gəldiklərini media vasitəsilə Ermənistanın müdafiə naziri Seyran Ohanıyana, həmçinin ölkə rəhbərliyinə sərt şəkildə ünvanlamaqdan da çəkinmirlər.

AzVision.az-ın tert.am saytına istinadən verdiyi məlumata görə, Vazqen Poğosyan adlı Ermənistan vətəndaşının ölkənin müdafiə naziri Seyran Ohanyana etdiyi müraciət də bununla bağlı olub.

V. Poğosyan müraciətində erməni ordusunda baş verənləri qələmə alaraq, təəccüb və həyəcanını gizlədə bilməyib. O, Ermənistanın müdafiə nazirindən baş verənlərə cavab verməsini tələb edib.

Erməni vətəndaşının Seyran Ohanıyana müraciətini ixtisarla təqdim edirik:

“Mən sadə vətəndaşam və İrəvanda yaşayıram. Normal həyatım, işim və evim var. Hazırkı vəziyyətdə silahlı birləşmələrlə heç bir bağlılığım yoxdur. Sizə müraciət etməyimin səbəbi orduda baş verənlərlə bağlı mənə verilən məlumatlar oldu. Gorusdan İrəvana avtobusla dönən zaman Qarabağda xidmət edən Samvel adlı baş leytenantla söhbətləşdik. İlk növbədə deyim ki, əynindəki hərbi geyim heç də yaxşı vəziyyətdə deyildi. Əhvalı da çox pis idi. Uzun-uzadı söhbətdən sonra səmimi danışığımız oldu. Samvel dedi ki, ali təhsilli mühəndisdir və 1 il 6 ay ərzində hərbi xidmətdə olacaq. Yaxın günlərdə nişanı olacaq və bu səbəbdən də İrəvana gedir. Ancaq toy etməyə tələsmir. Çünki son vaxtlar azərbaycanlılar cəbhədə fəallaşıb və başımızı qaldırmağa imkan vermirlər. Sabah nə baş verəcəyini də bilmirirk. Sağ qalsaq, qayıdandan sonra evlənəcəm”.

Vazqen Poğosyan yazır ki, erməni zabit döyüşdə ölməkdən qorxmur, daha dəhşətli problemlər var: “Mən bu dəhşətli problemlərin nədən ibarət olduğunu soruşdum. O cavabında dedi ki, məgər bu qarabağlıları bilmirsən? Onlara dözmək olurmu? Hər gün baş verənlər insanı bezdirir. Hərdən mənə elə gəlir ki, dəli olacağam. Bu axmaqların əlindən yaşamaq mümkün deyil. Hər gün pul yığırıq. Ölənlərə görə pul toplamaqdan boğaza yığılmışıq. Valideyinlərimizdən pul almasaq, burada batarıq. Bu eşşəklər cəbhədə bir-birindən oğurluq edir, döyür, zorlayır... “Dedovşina” tüğyan edir. Prokurorluqda izahat yazmaqdan bezmişik. Belə baxanda, əsgərləri qınamaqda olmur. Yazıqlar çox pis vəziyyətdə xidmət edirlər. Nə etsinlər? Bəziləri postda qorxularından şalvarlarını batırırlar. Yanvarın 8-də bir əsgərimiz qorxusundan səngərdə öz yoldaşını yaralamışdı. Apardılar hospitala, bilmirəm ölüb ya qalıb... Əsgəranda isə ötən ay heç nəyin üstündə Balayan soyadlı birisi Qriqoryanı güllələyib öldürdü. Əvəzində işi bağladılar. Elə sənədləşdirdilər ki, guya azərbaycanlılar öldürüb. Bir Hayrapetyan adlı əsgər isə təxris olunmaq üçün qarnından özünü güllələdi. Vəziyyəti yaxşı deyil, xəstəxanaya apardılar. Seyran adlı əsgəri isə fevralın 7-də yerli erməni əsgərləri o qədər döymüşdülər ki, apardılar hospitala. İrəvana da aparmırlar ki, valideyinləri hay-küy qaldıracaq”.

Poğosyan yerli əhalinin onlara necə münasibət bəslədiyini də soruşduğunu müraciətində qeyd edib: “Mənim sualım onu təəccübləndirdi. Samvel dedi ki, hansı yerli əhali?...adam var orada? Bizim xidmət etdiyimiz ərazidə yalnız çaqqallar ulayır. Biz Allahın ümidinə qalmışıq. Ölənləri gizlədirlər, səsimizi çıxarmağa qoymurlar. Samvelin danışdıqları mənə çox pis təsir etməyə başladı. Cənab nazir, əgər Samvelin danışdıqlarının lap yarısı belə həqiqətdirsə, nəhlət olsun bu müharibəyə... Məgər biz belə yaşamaq istəyirdik? İndi biz deyirik ki, ordumuz var? Bu ordu deyil, dərəbəylikdir”.

Poğosyan müraciətinin sonunda Seyran Ohanyandan bütün bu faktlara diqqət yetirməsini tələb edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti