İrandan təkzib: “Azərbaycanlılara qadağa qoymamışıq”
“İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb”.
O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər.
Ayətullahi bildirib ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırıb.
Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq edıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Sevinc İltifatqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


