Metroda yenə problem - AÇIQLAMA

Metroda yenə problem - AÇIQLAMA
  26 Aprel 2015    Oxunub:2927
Bakı Metropolitenin 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə hərəkəti dayandırılıb. Qatarlardakı sərnişinlər boşaldılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib.

N. Paşayevin sözlərinə görə, Həzi Aslanov stansiyasından Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: “Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub”.


Teqlər:  



Xəbər lenti