BQXK Şahbaz Quliyev məsələsində susur
Bununla bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara aprelin 21-də baş çəkib. Onun sözlərinə görə, Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırılıb, onlardan da ailələri üçün məlumat alınıb.
Onların sağlıq durumuna gəlincə, BQXK-nın rəsmisi bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi girovların səhhəti ilə bağlı ictimaiyyətə açıqlama vermir.
Şahbaz Quliyevin ailəsi isə bu barədə məlumatsız olduğunu deyib.
Xatırladaq ki, Kəlbəcərdə doğma torlaqlarını ziyarət edərkən girov götürülən Dilqəm Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılır.
Anar Kəlbiyev