`Azərbaycanla Türkiyəni ayırmaq istəyirlər` - Şeyx
QMİ-nin sədri qeyd edib ki, bu proses hələ SSRİ dönəmindən başlayıb: "Azərbaycan sovet ittifaqının tərkibində olduğu zamanlarda, sovet hakimiyyəti bizim Türkiyə ilə olan münasibətlərimizi özü üçün böyük təhlükə hesab edirdi. Bu proses indi də davam edir. İndi də bir çox xarici qüvvələr Azərbaycanın Türkiyə ilə yaxın münasibət saxlamasını istəmirlər.
Bu gün ermənilər dünya ictimaiyyəti qarşısında yalançı göz yaşları axıdaraq uydurma "soyqırım"larını dünyaya təlqin etməyə çalışırlar, halbuki Azərbaycan torpaqlarında azərbaycanlıların başına gətirilən Xocalı soyqırımı, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və bu kimi vəziyyətlərdə Türkiyə həmişə Azərbaycan xalqının yanında olub".
A.Paşazadə bildirib ki, ermənilər əsrlər boyu türklərə qarşı soyqırımlar həyata keçiriblər: "Amma bu gün dünyaya yalandan çar çəkirlər ki, soyrırıma məruz qalmışıq. Həmişə olduğu kimi indi də ermənilərin əməlləri ilə sözləri üst-üstə düşmür"







Vaxtında, Aydın, Lazımlı!


