`Neftçi`nin legioneri cəzalandırıldı
Ötən tur qırmızı vərəqə ilə cəzalanan hər iki futbolçunun cəzası eyni olub. Elvin Mirzəyev ("Xəzər Lənkəran") "Qəbələ", Karlos Kardoso ("Neftçi") "Qarabağ"la qarşılaşmada 2-ci sarı vərəqə aldığı üçün meydandan kənarlaşdırılıb. Bu üzdən hər iki oyunçu 1 matçlıq cəzalanıb.
Lakin Kardosoya yalnız bu cəza tətbiq olunmayacaq. Komitənin əvvəlki qərarı ilə braziliyalı ikisi şərti olmaqla, 3 oyun cəzalandırılmışdı. Cənubi amerikalı ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəzası da qüvvəyə minib. Bir sözlə, Kardoso 3 matç buraxmalı olacaq.
Mirzəyevlə Kardoso klublarını 200 manat ziyana da salıb. "Xəzər Lənkəran" 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat da cərimə olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


