Bu gün 26 dərəcə isti olacaq

Bu gün 26 dərəcə isti olacaq
  29 Aprel 2015    Oxunub:1223
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir.

AzVision.az


Teqlər:



Xəbər lenti