Azərbaycan Nepala yardım göndərdi

Azərbaycan Nepala yardım göndərdi
  29 Aprel 2015    Oxunub:1680
Azərbaycandan Nepala humanitar yardım göndərilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da FHN Azərbaycan hökuməti adından Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimat, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək ölkəyə çatdırılması həyata keçiriləcək.


Teqlər:



Xəbər lenti