`İşlər daha da gücləndirilməlidir` - Nazir

`İşlər daha da gücləndirilməlidir` - Nazir
  29 Aprel 2015    Oxunub:2184
“Bu gün elmlə təcrübənin əlaqəsinin zəif olmasının başlıca səbəbi istehsalatın lazımı səviyyədə olmaması ilə əlaqədardır”.
AzVision.az xəbər verir ki, bu sözləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın ümumi yığıncağında çıxışı zamanı deyib.

Bu məsələdə kosmik sahənin inkişafına toxunan nazir, Azərbaycan peykinin orbitə buraxılmasının sənaye, kənd təsərrüfatı və müdafiə kimi tətbiq sahələrdəki naliyyətlərdən danışıb. “Bu gün peykin imkanlarının 20%-dən Azərbaycan, 80%-dən isə kommersiya məqsədilə istifadə edilib. Müşahidə peyki yanvar ayından işə başlayıb və ixrac potensialı yüksəkdir. Peykin yerüstü idarəetmə mərkəzi peyklərin təkcə Azərbaycan deyil regiondakı peyklərin informasiyaların təhlilinə imkan verir. Artıq praktikada elə bir imkan yaradılıb ki, akademiyanın kosmik sənaye sahəsində əldə etdiyi naliyyətləri tətbiq edə bilirik”.

Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Əlavə edib ki, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır. Ölkəmizdə kosmik tədqiqatlar yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir.

Ə.Abbasov onu da vurğulayıb ki, Elmlər Akademiyasının bütün sahələrdə əldə etdiyi nailiyyətlərin koordinasiyasını həyata keçirir. Lakin bu işlər daha da gücləndirilməlidir: “Respublika Kosmik Şurası ilə Akademiyanın birgə işi nəticəsində aparılan elmi naliyyətlərin əlaqələrin genişlənməsi və hüquqi bazanın yaradılmasını təklif edirik. Akademiyada əldə edilən elmi naliyyətlərin təcrübədə əks olunması üçün nazirliklər və komitələr arasında əlaqə qurulması və bu işdə müzakirələr aparılmasını təklif edirik. Bu gün elmlə təhsil, biznes və hökümət əlaqəsi düzgün qurulmalıdır. Hesab edirəm ki, bunun üçün elm tərəfindən təklif olmalıdır. Sənayemizin elmi naliyyətləri tətbiq etməyə şərait olduğunu nəzərə alıb, bu işdə təkliflərimizi irəli sürməliyik”.

Fatimə Kərimli
AzVision.az




Teqlər:  



Xəbər lenti