AMEA akademik-katiblərini seçdi

AMEA akademik-katiblərini seçdi
  29 Aprel 2015    Oxunub:1913
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibləri səsvermə yolu ilə seçilib.
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında çıxış edən AMEA prezidenti Akif Әlizadə bildirib ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə AMEA-nın müxbir üzvü Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Yer Elmləri Bölməsinin akademik-katibi AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Kimya Elmlər Bölməsinin akademik-katibi AMEA-nın həqiqi üzvü Dilqəm Tağıyev, Fizika-Riyaziyyat Elmlər Bölməsinin akademik-katibi isə AMEA-nın müxbir üzvü Nazim Məmmədov seçilib.

İclasda akademiyanın akademik-katibi vəzifəsinə hazırda bu vəzifəni icra edən AMEA-nın müxbir üzvü Rasim Əliquliyev seçilib.

Gəncə bölməsinin akademik-katibi vəzifəsinə bu bölmənin rəhbəri, AMEA-nın müxbir üzvü Fuad Əliyev seçilib.


Teqlər:



Xəbər lenti