Heydər Əliyev prospektində bir yol təmir olundu
Sabahdan axşamdan etibarən isə Heydər Əliyev prospekti digər yan yol, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metrostansiyasına qədər olan hissəsi aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


