Bakıda şagirdlərə məcburi dərman verilir
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi AzVision.az-ın sualını cavablandırıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, məktəblərdə qurd dərmanlarının paylanılması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyyə olunub. Nazilik sözçüsünün dediyinə görə, bu dərmanlar artıq bir neçə aydır ki, məktəblərə verilir.
“Qurd dərmanlarının məktəblərə paylanılması profilaktik tədbirlər çərçivəsində həyata keçirilir. Bu tipli tədbirlər mütəmadi olaraq baş tutur. Vaxtaşırı vaksinasiya, immunizasiya keçirilir. Qurd dərmanının paylanılması da çox güman ki, dünyada aktual problemlərdən biri olduğuna görə bizdə də bu məqsədlə profilaktika aparılır”-deyə Anar Qədirli bildirib.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


