İqtidar-müxalifət dialoqu keçiriləcək - Təklif gəldi

İqtidar-müxalifət dialoqu keçiriləcək - Təklif gəldi
  01 May 2015    Oxunub:2247
`Prezident Administrasiyasından müxalifət-iqtidar dialoqu ilə bağlı təklif gəlib. Bu gün dialoq təklifi barədə müzakirə aparacağıq`
Bunu AzVision.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri, `Azadlıq – 2015` seçki blokununü üzvü Əli Əliyev deyib.

VİP sədri bildirib ki, blokun bu gün saat 4-də keçiriləcək iclasında görüşün vaxtı və orada müzakirə olunacaq məsələlər dəqiqləşdiriləcək.

Partiya sədrinin sözlərinə görə, müxalifət-iqtidar dialoqu çərçivəsində növbəti görüş bu ay baş tuta bilər.

Qeyd edək ki, müxalifət nümayəndələri ilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov arasında sonuncu görüş fevralın 12-də baş tutub. Görüşdə dialoqun davam etdirilməsi və hər iki aydan bir keçirilməsi barədə qərar qəbul olunub.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti