Futbolçulardan Cahangir Hacıyeva etiraz - VİDEO

Futbolçulardan Cahangir Hacıyeva etiraz - VİDEO
  01 May 2015    Oxunub:1860
Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin rəhbəri olduğu klubun futbolçuları ona etiraz edib.
Hazırda baş tutan "Simurq"-"İnter" oyununda meydan sahibləri klubun maliyyə vəziyyətinə etiraz olaraq futbol oynamaqdan imtina ediblər. Belə ki, futbolçular hakimin start fitindən sonra yerə oturublar. Bir neçə saniyə meydanda oturaraq rəhbərliyə etiraz edən futbolçular daha sonra oyunu davam etdiriblər.

Qeyd edək ki, Cahangir Hacıyev həm də Bakının "İnter" klubunun fəxri prezidentidir.

(Qafqazinfo)


Teqlər:  



Xəbər lenti