İnam Kərimov: “Korrupsiya bizim üçün mövcud deyil”

İnam Kərimov: “Korrupsiya bizim üçün mövcud deyil”
  02 May 2015    Oxunub:2697
“Hazırda Azərbaycanda 8 “ASAN xidmət” mərkəzi var. Bununla yanaşı, ölkənin bir çox regionunda səyyar xidmət mərkəzləri fəaliyyət göstərir”

AzVision.az xəbər verir ki, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru” konfransda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

“ASAN xidmət”in fəaliyyətini korrupsiyaya qarşı mübarizədə yaxşı alət adlandıran İ. Kərimov deyib ki, xidmətin fəaliyyəti korrupsiyanı azaldır: “Biz korrupsiyadan tam azad xidmət mühiti yaradırıq. Korrupsiya - bir çağırışdır. Bu cür çağırış artıq bizim üçün mövcud deyil, biz bu çağırışı keçmişdə qoymuşuq. Hazırda “ASAN xidmət”in fəaliyyətində səmərəliliyin gücləndirilməsi düşünürük”.

İ.Kərimov həmçinin əlavə edib ki, xidmət istifadəçilərinin məmnunluq səviyyəsi 83-89 faizə çatıb: “ Xidmətimizdən ictimai gözləntilər gündən-günə güclənir. Bu, birbaşa xidmətlərin səmərəliliyi ilə əlaqədardır”.

AzVision.az


Teqlər:  



Xəbər lenti