Ali məktəblərə qəbul planı dəyişib - TQDK sədri

Ali məktəblərə qəbul planı dəyişib - TQDK sədri
  04 May 2015    Oxunub:3499
Bu il ali məktəbələrə qəbul planı bizə təqdim edilib. Lakin hələlik bu barədə açıqlama vermirik.
AzVision.az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədrinin sözlərinə görə, qəbul planına komissiya tərəfindən bəzi dəyişikliklər edilib.

“Hər il olduğu kimi bu il də plan yerləri ilə bağlı bəzi təkliflərimiz var. Bunlar əsasən əvvəlki illərdə hansı ixtisasa daha çox maraq olması, boş qalan yerlər üzrə apardığımız araşdırmanın nəticəsi əsasında müəyyən edilib. Bundan başqa, biz həm də bəzi ixtisaslarda birgə qəbul keçirmənin tərəfdarıyıq”.

M.Abbaszadə bu il magistraturada plan yerlərində dəyişiklik edildiyini deyib.

“Bunların bir çoxu barədə məlumatınız var. Bildiyiniz kimi, bu il 20 yer AMEA-ya verilib. Lakin əlavə dəyişikliklər də olacaq. Yaxın günlərdə dərs olunacaq jurnalda bu barədə məlumat əldə edə biləcəksiniz”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti