Bakıda avtobuslar 20 saatlıq iş rejiminə keçdi

Bakıda avtobuslar 20 saatlıq iş rejiminə keçdi
  04 May 2015    Oxunub:4815
Bu gündən “Bakı-2015” Avropa Oyunları ilə bağlı Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçib.
Bunu AzVision.az-a "Bakı Sərnişin Nəqliyyat" Departamentinin sərnişindaşıma şöbəsinin müdiri Marlen Atayev deyib.

O, qeyd edib ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlannın keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəlarinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədi ilə mayın 1-dən iyulun 1-dək Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxlı rejimi əsasında və təhsil müəssisələrində işləyonlar istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi aşağıda göstərildiyi kimi pilləli şəkildə təşkil edilib:

- iscilərin 25%-i üçün saat 08:00-dan saat 17:00-dək;
- işçilərin 25%-i üçün saat 08:30-dan saat 17:30-dək;
- işçilərin 25%-i üçün saat 09:00-dan saat 18:00-dək;
- işçilərin 25%-i üçün saat 09:30-dan saat 18:30-dək;

Departamentin rəsmisi qeyd edib ki, “Bakı-2015" Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən qeyri-dövlət müəssisə və təşkilatlanda çalışan işçilərin isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejiminin pilləli şəkildə təşkili tövsiyə edilib. Belə ki, işçilərin 50%-i üçün saat 08:00-dan saat 17:00-dak, işçilərin 50%-i üçün saat 08:30-dan saat 17:30-dək.

AzVision.az


Teqlər:  



Xəbər lenti