Gürcüstanın Bakıdakı səfirliyi: `Bu, yolverilməzdir`
“Bu məlumatı Osetiya tərəfi yayıb. Başqa mənbə aşkar etməmişik. Məlumat təsdiq olunmayıb. Bu barədə bizim səfirlik məlumatlıdır. Bunun həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməyə çalışırıq”, - Kereselidze bildirib.
O bildirib ki, məlumat təsdiqlənəcəyi təqdirdə Gürcüstan tərəfi sərt reaksiya verəcək.
Reaksiyanın formasına gəlincə, Kereselidze bunun nota, etiraz, müraciət, demarş, məsləhətləşmə və ya səfirlə görüş şəklində həyata keçiriləcəyini deyib.
Gürcüstanın Azərbaycandakı səfirliyinin birinci katibi Kaxa Abdeladze AzVision.az -a açıqlamasında bildirib ki, bu xəbər yolverilməzdir.
`Gürcüstanın hansısa rəsmi mətbu orqanında belə informasiya yer almayıb. Ciddi hadisə və ya görüş baş tutsaydı, xəbərimiz olardı. Belə bir şey qəbulolunmazdır`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


