Çingiz Abdullayev daha bir yüksək vəzifəyə seçildi

Çingiz Abdullayev daha bir yüksək vəzifəyə seçildi
  06 May 2015    Oxunub:3775
"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev yeni vəzifəyə seçilib.
O, "Report"a açıqlamasında deyib ki, bundan sonra Qara dəniz və Xəzər dənizi ölkələrinin Beynəlxalq Tərəfdaşlıq və Əməkdaşlıq Fondunun prezidenti vəzifəsini icra edəcək: "Artıq bununla bağlı qərar verilib. 20 gündən sonra vəzifəmin icrasına başlayacam".

Qeyd edək ki, Ç.Abdullayev eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin katibi, İnterpolun fəxri səfiridir.


Teqlər:



Xəbər lenti