`Bakı tarixə düşəcək` - Əli Əhmədov
“Bundan başqa, Azərbaycanın genişmiqyaslı idman yarışlarının və ya mədəni tədbirlərin keçirilməsinə ciddi yanaşmasının, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilinə Avropanın inanmasının nəticəsidir”.
Oyunların yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün işlərin artıq görüldüyünü vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan dəfələrlə Avropa miqyasında, ondan da daha geniş bir miqyasda maraq doğuran böyük idman və ya mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib: “ Əlbəttə, hər bir azərbaycanlı üçün qürur mənbəyidir ki, ilk Avropa Oyunları Bakıda keçiriləcək. İlk Avropa Oyunlarının standartları Bakıda müəyyənləşdiriləcək və bundan sonra Avropa Oyunlarını hansı ölkə keçirəcəksə kifayət qədər məsuliyyətlə yanaşmalı olacaq ki, bu Oyunları Bakıda qoyulmuş standartlara uyğun şəkildə keçirməyə müyəssər olsun”.
Əli Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan dünyanın gözündə çox önəmli bir ölkəyə çevrilib: “ Təsadüfi deyil ki, ayrı-ayrı beynəlxalq tədbirlərin keçirilməsi üçün yer axtaranda ilk yada düşən ölkələrdən biri də məhz Azərbaycan olur. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


