“Çox güman ki, bu, siyasi bəhanədir”-Dövlət müşaviri
“Çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan multikulturalizm siyasətçilərinin özlərinə bəraət qazandırmaq cəhdidir. Bunun fonunda təzahür edən, inkişafda olan multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyırlar. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin banisinin arzularından biri də bu idi”.
K.Abdullayev bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri böyükdür.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


