Prezident Maqsud İbrahimbəyova `Şərəf` ordeni verdi

Prezident Maqsud İbrahimbəyova `Şərəf` ordeni verdi
  07 May 2015    Oxunub:2919
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla M.İbrahimbəyov Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 11-də nasir, kinodramaturq, rejissor, Azərbaycanın dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq yazıçısı Maqsud İbrahimbəyovun 80 yaşı tamam olur.

AzVision.az


Teqlər:  



Xəbər lenti