Maqsud İbrahimbəyov: `Təltif olunacağımı gözləmirdim`
Bunu AzVision.az-a açıqlamasında ötən gün prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif edilən Xalq yazıçısı Maqsud İbrahimbəyov deyib.
Kinodramturq prezident İlham Əliyevə sərəncama görə təşəkkür edib:
“Prezidentə çox minətdaram. Düzünü deyim təltif olunacağımı gözləmirdim. Diqqətlərinə görə sağ olsunlar”.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə nasir, kinodramaturq, rejissor, Azərbaycanın dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq yazıçısı Maqsud İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.
Şahanə Rəhimli







Vaxtında, Aydın, Lazımlı!


