“Prezident düz deyir, AXC-Müsavat tarixdən silinib”
Xanım deputat hesab edir ki, bu gün Azərbaycanda müxalifət və müxalifətçilik anlayışı yoxdur: “Hesab edirəm ki, Azərbaycanda müxalifət, hakimiyyətə rəqib yoxdur. Ötən gün cənab prezident də doğru buyurdu ki, AXCP-Müsavat cütlüyü ümumiyyətlə tarixə qərq olub. Onlar xoşagəlməz xatirələrdə yadda qalıblar.
Bundan əlavə AXC-Müsavat hakimiyyəti dövründə Qələbə gününün bayram kimi qeyd olunmaması İkinci Dünya Müharibəsində iştirak edən, orada yaralanan, həlak olan azərbaycanlılara etinasız yanaşma idi. Orada 600 minə yaxın azərbaycanlı iştirak edib. Bunu tarixdən silmək olmaz. Cənab prezidentin dediyi kimi AXC-Müsavat özü artıq tarixdən silinib”.
Deputat hesab edir ki, özlərini müxalifət adlandıran şəxslər siyasi fəaliyyətlə deyil, ancaq şər, böhtan atmaqla məşğul olurlar.
“Onlar siyasi fəaliyyətdən çox, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparmaqla məşğul olurlar. Bu insanlar dərk etmirlər ki, özlərini gülünc gününə qoyublar. Keçirdikləri mitinqlər, aksiyalar müxalifətin kimliyini ortaya qoydu”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


