38 nəfər imtahandan keçib

38 nəfər imtahandan keçib
  08 May 2015    Oxunub:1840
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 8-də Azərbaycanın Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib
TQDK-nın mətbuat xidmətindən AsVision.az-a verilən xəbərə görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan təlimata uyğun keçirilib, namizədlərə bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanın nəticələri saat 15:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (www.tqdk.gov.az) internet saytında yerləşdirilib. İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 380 namizəddən 20 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 360 namizəddən 38 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 81,5 bal olub.

AzVision.az


Teqlər:  



Xəbər lenti