Nazir Polşa səfiri ilə görüşüb

Nazir Polşa səfiri ilə görüşüb
  08 May 2015    Oxunub:1858
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı qəbul edib.
Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Polşa ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Polşanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin qarşılıqlı olaraq bir-birinə dəstək göstərməsinin vacibliyi vurğulanıb.
Səfir Marek Tsalka iki ölkə arasında intensiv əlaqələrin mövcud olduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Səfir Azərbaycan-Polşa mədəni əlaqələrinin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti