Dilqəm və Şahbazın yeni “məhkəmə” tarixi bilindi

Dilqəm və Şahbazın yeni “məhkəmə” tarixi bilindi
  09 May 2015    Oxunub:2497
Qondarma Dağlıq Qarabağ Respublikasının “ali məhkəməsi” Kəlbəcərdə girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.

AzVision.az news.am saytına istinadən verir ki, bu barədə “vəkil” Arkadi İsraelyan məlumat verib.

“Məhkəmə” proses mayın 27-i keçiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Qondarma “məhkəmə” Dilqəm Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti