Mikayıl Cabbarov İrəvana gedəcəkmi? - AÇIQLAMA

Mikayıl Cabbarov İrəvana gedəcəkmi? - AÇIQLAMA
  12 May 2015    Oxunub:3363
Təhsil Nazirliyi nazir Mikayıl Cabbarovun Ermənistana foruma dəvət olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov AzVision.az-a açıqlamasında bildirib ki, təhsil naziri Mikayıl Cabbarova Ermənistandan dəvət gəlməsi haqda onlarda məlumat yoxdur.

“Bizdə bu barədə heç bir xəbər yoxdur. Saytlarda, qəzetlərdə müxtəlif məlumatlar yayılır. Amma bizdə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, ötən gün Ermənistanın elm və təhsil naziri Armen Aşotyan Bolonya sisteminə dair IV Forumla bağlı açıqlama verib. O, bildirib ki, İrəvanda keçiriləcək Bolonya sisteminə dair IV Forumda Azərbaycan tərəfi iştirak etmək üçün Bakıya göndərilmiş dəvətə hələ heç bir cavab verməyib.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti