İmtahanların təxirə salınması ilə bağlı AÇIQLAMA

İmtahanların təxirə salınması ilə bağlı AÇIQLAMA
  12 May 2015    Oxunub:3784
Bakı Dövlət Universiteti (BDU) Avropa Oyunlarında könüllü olan tələbələrin imtahan vaxtlarının təxirə salınması ilə bağlı açıqlama yayıb.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova AzVision.az-a açıqlamasında semestr imtahanlarının vaxtının dəyişdirilməsini təsdiqləyib:

“Bakı 2015 Avropa Oyunlarına Bakı Dövlət Universitetindən qoşulan tələbələr qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi, media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi 250 müxtəlif vəzifəni yerinə yetirəcəklər.

Könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilmiş yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək”.

BDU rəsmisi vurğulayıb ki, yuxarıda qeyd edilmiş səbəblərdən imtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək, iyun ayında onlar üçün imtahan təşkil olumasını xahiş edirlər:

“Qeyd edək ki, belə ərizə ilə müraciət etmək hər bir tələbənin şəxsi işidir, yəni tələbə imtahanlarda iştirak edə də bilər və bu hüquq BDU-nun 20000 tələbəsindən yalnız könüllülərə şamil edilir”.

Xatırladaq ki, BDU tələbələrinin imtahan vaxtlarının dəyişdirilməsi ilə bağlı ilk olaraq AzVision.az xəbər yayıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti