Patruşev Ramiz Mehdiyevlə görüşüb

Patruşev Ramiz Mehdiyevlə görüşüb
  12 May 2015    Oxunub:1565
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Təhlükəsizlik Şurası yayıb.

Xəbərdə deyilir ki, görüş zamanı Rusiya və Azərbaycanın milli və regional təhlükəsizliyinin təmin olunması məsələlərində iki dövlətin təhlükəsizlik şuraları aparatları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, Xəzəryanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, N. Patruşev Bakıya səfəri zamanı prezident İlham Əliyev, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovla da görüşüb.

AzVision.az


Teqlər:



Xəbər lenti