DAK-da yeni təyinatlar
İsmayıl Ağayev Azərbaycan nümayəndəliyinin başçısı, Eldar Qaradağlı Avropa üzrə təmsilçi, professor Əkrəm Fevzi Tərzi oğlu İraq, Orhan Çiftçi Avstriya, Əhməd Qeybi Avstraliya, Fərzalı Şərifov Tacikistan, Nail Əhməd Polşa, Sərraf Kərimov Tatarıstan, Esmira Madatova ABŞ, Esmira Əsədova Kanada, Tursunay Türksoy Doğu Türküstan (Çin), Mətin Çapan Türkiyə, Leyli Rəşidli Fransa, Səməndər Mehdiyev isə Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı təyin ediliblər.
DAK-ın tərkibində Dərbənd, Borçalı, Güney Azərbaycan, Qarabağ və Qərbi Azərbaycan departamentləri yaradılıb. Yaxın günlərdə digər ölkələr üzrə nümayəndələr də təyin olunacaq.
DAK-ın Şəhruz Cəngcu (Güney Azərbaycan) Nəzarət Təftiş Komissiyasının sədri seçilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


