Qərar verildi: dialoq ayın 15-də olacaq

Qərar verildi: dialoq ayın 15-də olacaq
  12 May 2015    Oxunub:2007
İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub.
Bu barədə AzVision.az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, görüş mayın 15-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Görüş zamanı müzakirə olunacaq mövzulara gəlincə, Ə. Əliyev bildirib ki, bu barədə təklif olsa da müxalifət partiyaların dəqiq qərarı sabah olacaq: “Prezident Administrasiyası siyasi partiyaların Birinci Avropa Olimpiya oyunlarına münasibəti mövzusunda müzakirənin aparılmasını təklif edib. Sabah `Azadlıq – 2015` seçki bloku toplanacaq və əlahiddə qərar veriləcək”.

Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti