Həmsədrlər Əliyevlə Sarkisyanı görüşdürəcək
AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsdər Ceyms Uorlik erməni mətbuatına müsahibəsində deyib.
Ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşünü şərh edən diplomat: `görüş zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mümkün yollarını etdik`-deyə bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə C.Uorlik buna çalışdıqlarını deyib: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi hələ müəyyən edilməyib, amma hər iki prezident dialoqun intensivləşdirilməsini istəyirlər. Həmsədrlərin rolu normal danışıqlar prosesini təşkil etməkdir və biz prezidentlərin görüşünü hazırlamaq üçün tezliklə regiona səfər edəcəyik”.
Uorlik həmçinin qeyd edib ki, bütün tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyirlər: “Biz həmişə regiona səfərlər zamanı prezidentlər İlham Əliyev, Serj Sarkisyan, Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə danışıqlar aparmaq üçün istənilən imkandan istifadə edirik. Mən əminəm ki, ölkə rəhbərləri də münaqişənin razılaşdırılmış həll yolunun tapılmasını istəyirlər. Bu münaqişə artıq uzun müddətdir davam edir və çox insan həyatını itirib. Biz istəyirik ki, buna son qoyulsun”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


