`Məzun günü` ilə bağlı xüsusi tapşırıq olmayacaq

`Məzun günü` ilə bağlı xüsusi tapşırıq olmayacaq
  14 May 2015    Oxunub:3497
I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar bəzi tədbirlərin vaxtı dəyişdirilib.

Yarışların keçirildiyi günlərdə paytaxtda sıxlığın qarşısının alıması üçün təhsil nazirinin əmri ilə ali təhsil müəssisələrində imtahan vaxtları qabağa çəkilib. Ümumilikdə imtahanlar mayın 31-dək başa çatacaq.

Avropa Oyunları ilə əlaqədar universitetlərdə “Məzun günü”nün vaxtının da dəyişəcəyi bildirilir. Bəzi ali məktəblər isə bununla bağlı nazirlikdən cavab gözləyir.

Təhzil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, ali təhsil müəssisələri məzun günlərini özləri müəyyənləşdirirlər: “Məzun günü” nün irəli çəkilməsi ilə bağlı Təhsil Nazirliyinin xüsusi tapşırığı gözlənilmir. Ali təhsil müəssisələri istədikləri vaxt “Məzun günü” nüqeyd edə bilərlər”-deyə nazirlikdən bildiriblər.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti