Müsavat dağılır –55 nəfər istefa verdi

Müsavat dağılır –55 nəfər istefa verdi
  14 May 2015    Oxunub:2696
Müsavat Partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir.
AzVision.az-ın məlumata görə, Müsavatın Xətai rayon təşkilatının 55 üzvü bəyanat yayaraq partiyadan istefa verib.

Üzvlər bəyanadta qeyd ediblər ki: “partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk”.


Teqlər:  



Xəbər lenti