Xədicə İsmayılın həbs müddəti uzadıldı

Xədicə İsmayılın həbs müddəti uzadıldı
  14 May 2015    Oxunub:1742
Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.
Bu barədə onun vəkili Fariz Namazov bildirib. Qeyd edib ki, Xədicə İsmayılovanın həbsdə saxlanma müddəti avqustun 24-dək uzadılıb.

Qeyd edək ki, X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.


Teqlər:



Xəbər lenti