TQDK şikayət komissiyası yaratdı

TQDK şikayət komissiyası yaratdı
  14 May 2015    Oxunub:1757
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilən müsabiqənin nəticələri ilə bağlı bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.
TQDK-dan verilən məlumata görə, Apelyasiya komissiyası bu gün saat 10-da Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyətə başlayıb, sabah saat 17:00-dək fəaliyyət göstərəcək.

Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.



Teqlər:



Xəbər lenti