Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  15 May 2015    Oxunub:1528
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti