Milli Məclis 12 iyun təklifinə baxmadı

Milli Məclis 12 iyun təklifinə baxmadı
  15 May 2015    Oxunub:2687
2015-ci il iyunun 12-nin qeyri-iş günü elan edilməsi haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyindən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə Milli Məclisin mayın 15-də keçirilən iclasının gündəliyində yer alsa da sonradan çıxarılıb: "Qanunvericilik təşəbbüskarı tərəfindən məsələnin hələ ki, bu gün müzakirə olunması təxirə salınıb. Bu, bu günkü iclasın gündəliyndən çıxarılması ilə bağlı verilən qərardır. Növbəti iclasların gündəliynə salınıb- salınmaması ilə bağlı hələ məlumat yoxdur”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti