Komitə sədri həbsdə olan Rəşad Məmmədovla görüşəcək

Komitə sədri həbsdə olan Rəşad Məmmədovla görüşəcək
  15 May 2015    Oxunub:3363
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşəcək.
Bu barədə AzVision.az-a hüquq müdafiəçisinin özü məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını deyib:

“Səbail Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. Rəşad Məmmədov dövlət tərəfindən vəkillə təmin olunub və hazırda istintaq aparılır. Görüş zamanı onun hansı əməlləri törətdiyini öyrənməyə çalışacağam”.

Qeyd edək ki, R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

Hafiz Məmmədov


Teqlər:  



Xəbər lenti