Partiyaların maliyyə hesabatı araşdırılacaq

Partiyaların maliyyə hesabatı araşdırılacaq
  15 May 2015    Oxunub:1719
Siyasi partiyaların maliyyə hesabatlarının təqdim olunması ilə bağlı Təlimat təsdiqlənib və bu məsələ ilə bağlı yaradılmış iki struktur MSK-nın Əsasnaməsinə daxil edilib.
Bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Natiq Məmmədli bəzi normativ xarakterli aktlarla bağlı məlumat verərkən deyib ki, siyasi partiyalar hesabatları təqdim edərkən MSK həmin hesabatların tələblərə uyğun olub-olmamasını yoxlamalıdır. Partiyaların maliyyə hesabatını MSK-da yaradılmış sektor araşdıracaq. Seçki dövründə isə Nəzarət-Təftiş Xidməti də araşdırma apara bilər.(Report.az)


Teqlər:  



Xəbər lenti