Gəncədə məşəl təntənəsi - FOTOLAR

Gəncədə məşəl təntənəsi - FOTOLAR
  16 May 2015    Oxunub:3009
Gəncə mayın 15-də möhtəşəm təntənələrlə, füsunkar və əlvan bayram libasında “Bakı -2015”-in Məşəl sevincini yaşayıb. Heydər Əliyev meydanında I Avropa Oyunlarının məşəlini “Şöhrət” ordenli əməkdar idman ustası Elçin Zeynalov qəbul edib.

Məşəli gur alqış sədaları ilə sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırıb. Meydana toplaşanların sevinc və alqış nidaları altında I Avropa Oyunlarının çırağı yandırılıb və yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.

Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq olub.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti