Mehriban Əliyeva “Sülh ağacı”nın açılışında

Mehriban Əliyeva “Sülh ağacı”nın açılışında
  17 May 2015    Oxunub:3117
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsib.

Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti